Uluslararası Türk Kültürü və İrsi Fondunda ünlü rəssamlarla görüş

Uluslararası Türk Kültürü və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Fondda Azərbaycanın bir sıra tanınmış rəssamları ilə görüşüb. Günay Əfəndiyeva rəssamlara Uluslararası Türk Kültürü və İrsi Fondu barədə məlumat verib, Türk Dövlətlərinin  kültürünün və irsinin qorunmasının, tanıdılmasının Fondun əsas məqsədlərindən olduğunu bildirib. Fondun prezidenti, eyni zamanda, türk dünyasının incəsənət adamlarının, sənətkarların, rəssamların yaradıcılığının təşviq edilməsinin qurumun fəaliyyət istiqamətlərindən biri olduğunu söyləyib.

Rəssamlar Fondun fəaliyyətinin türk dünyasının mədəniyyətinin qorunması və təbliği üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Görüşdə əməkdaşlıq perspektivləri, eləcə də gələcəkdə türk dünyasına xas rəsm əsərlərinin toplanacağı bədii sərgilərin keçirilməsinə, kitab və kataloqların nəşr edilməsinə dair maraqlı fikir mübadiləsi aparılıb. Görüşdə Uluslararası Türk Kültürü və İrsi Fondu və Beynəlxalq Muğam Mərkəzi tərəfindən 2017-ci il üçün hazırlanmış təqvimlər rəssamlara təqdim edilib.

Xudaferin.eu

13:32