TÜRKSOY-da Xoca Əhməd Yasəvi konfransı

Yanvarın 19-da TÜRKSOY-un baş katibliyində türk dünyasının görkəmli elm və mədəniyyət xadimlərinin iştirakı ilə konfrans öz işinə başlayacaq. Bu dəfə konfrans “Piri Türküstan Xoca Əhməd Yasəvi” adı ilə gerçəkləşəcək. Konfransın əsas məruzəçisi Əhməd Yasəvi Universitetinin idarə heyətinin sədri Musa Yıldız olacaq. Tədbirin təşkil olunmasında məqsəd türk ortaq mədəniyyətinə xidmət etmiş və sonra ölümsüz əsərləri ilə iz qoymuş dəyərli şəxsiyyətlərin anılması və gələcək nəsillərə tanıdılmasıdır.

Qeyd edək ki, dünya şöhrətli mütəfəkkir Xoca Əhməd Yasəvinin “Divani-hikmət” əsərinin əlyazması UNESCO-nun dünya yaddaşı proqramı tərəfindən qorunub saxlanılır. Vəfatından 223 il sonra Əmir Teymur tərəfindən ucaldılmış məqbərəsi UNESCO-nun Dünya İrs Siyahısına daxildir. Həmçinin, UNESCO 2016-cı ili “Xoca Əhməd Yasəvi ili” elan etmişdir.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

12:36