Türkiyənin məşhur caz qrupu Bakıda çıxış edib

 

Türkiyənin məşhur “Önder Focan ve Şalliel Bros” caz qrupu “Şur” Musiqi Klubunda konsert proqramı ilə çıxış edib.

Konsert Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində təşkil olunub. Peşəkar ifaçılardan ibarət qrup klassik və müasir caz sənətinin imkanlarını mükəmməl nümayiş etdirib. Türkiyəli ifaçılar möhtəşəm çıxışları ilə musiqi və emosiyalar arasındakı bağlılığı bir daha sübut ediblər. Qrupun ifa etdiyi pop və klassik musiqinin müxtəlif janrlarının sintezi təsirini bağışlayan kompozisiyalar tamaşaçıların ürəyincə olub. Festival çərçivəsində təqdim olunan bu konsert də paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına xoş anlar yaşadıb. Xatırladaq ki, Bakı Beynəlxalq Caz Festivalında Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edirlər.

Xudaferin.eu
“Bakı Bürosu”

11:37