Türkiyə parlamenti prezident üsul-idarəsinə keçidlə bağlı dəyişiklik layihəsini qəbul edib

Məlumata görə, səsvermədə iştirak edən deputatların  339-u qanun layihəsinin lehinə səs verib. Beləliklə, qanun layihəsi referenduma çıxarılacaq. Baş Assambleyada qəbul edilən təklif əvvəl dövlət başçısına  təqdim olunacaq.

Qeyd edək ki, ümumxalq səsvermənin  aprel  ayında  keçirilməsi planlaşdırılır. Bununla yanaşı, onu da bildirək ki, Türkiyə parlamentində president üsul-idarəsinə keçidə qarşı təkcə ana müxalifət CHP (Cümhuriyyət Xalq Partiyası) çıxmışdır. Parlamentidə təmsil olunan digər partiyalar qismində hakim AKP (Ədalət və İnkişaf Partiyası), milli azlıqlar adına HDP və MHP (Milliyyətçi Hərəkat Partiyası) ümumi səsvermə ilə üstünlük əldə ediblər.
Qeyd edək ki, belə bir qərarın verilməsi, əslində prezidentin daha üstün bir səviyyəyə qaldırılması, beləliklə də hakimiyyətin avtoritarizminə yol açan səbələrdən biri kimi xarakterizə olunur.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu” 

11:06