Türkiyə İraqı müharibə ilə hədələdi

Əgər Bağdad terrorçuluqla bağlı problemi həll etməsə, Türkiyə İraqın üç şəhərində hərbi əməliyyatlara başlaya bilər. 

Xudaferin.eu xəbər verir ki, bu sözləri CNN Türk telekanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ankara terrorçuların əsas sığınacağı olan Sincar, Qəndil və Mahmura zərbələr endirə bilər. 

Martın ortalarında Ərdoğan bəyan etmişdi ki, İraqın şimalındakı kürd qruplaşmaları məhv etmək niyyətindədilər. 

“Biz terrorçuların hücrələrini müəyyən edirik. Tezliklə onlara güclü zərbələr endirəcəyik”, - türk lider demişdi. 

2016-cı ilin payızında Bağdad və Ankara arasında siyasi münaqişə baş vermişdi. O zaman İraq baş naziri bildirmişdi ki, Türkiyə ordusunu baş ölkənin ərazisinə yerləşdirməklə regionda müharibə riskini artırır. 

Xudaferin.eu

12:27