Tərbiz fars-mollakratiya rejiminin seçki sevincini burnundan gətdi

 

Mayın 19-da İran mollakratiya rejiminin keçiridiyi prezident və şəhərlərdə Şura Seçkisi prosesində verilən səslərin sayıları açıqlamasıla əlaqədar ölkədə məktəblər tətilə buraxılıb. Bununla da bir sıra şəhərlərdə seçkilərin nəticəsinə etirazlar olaraq ara əməlli başlı qarışıbdır.

Güney Azərbaycanda Urmu vilayətində “kürd şorunu” nədəni olaraq şəhər şüra seçkilərə qatılan Güney Azərbaycan Türkləri xüsusi vərqələr yayaraq Türk soylu adayların kim olduqlarının adlarını yazmaqla yanaşı, perzident seçilmək üçün kimə səs verilməsi vərəqində bütün fars kökənli adayların adlarını qaralyaraq və ya “Ölüm olsun fars şovinizminə – Yaşasın Türk”, “Yaşasın Ana dilim ”“Azərbaycan var olsun”,“Hanı mənim ana dilim – Hanı mənim Urmu Gölüm!”, “Atatürk” kimi şüarlar və cümlələr yazaraq mollakratiya rejiminə seçilməli olacaq prezident üçün verilən səslər Güney  Azərbaycanda tamamilə pozulubdur.

Güney Azərbaycanın Sulduz Şəhər Şura Seçkilərinin keçirdiyi rəy sorğusunda ən çox tərəfdarı olan 10 namzədin adı açıqlanmışdır. Onların hamısı Azərbaycan Türküdürlər Beləliklə də Sulduz şəhərində köçəri kürdlər fars rejiminin plani üzrə bu mövqelərini itiriblər. Bu səbəbdən Sulduz şəhərində Türklərin ən üstün səsvermə yolu ilə əldə etdikləri uğurların sevinci yaşanılır.
Qeyd edək ki, Şəhər Şura seçkilərində səs vermək amacı mollakratiya rejimi kürdləri Urmu və Sulduza gətirmişdi. Ancaq Sənəndəc kimi şəhərlərdən Urmu və Sulduza gələn köçəri kürdlər istədikləri sonucu ala bilmədilər. Mollakratiya rejiminin əsas məqsədi Urmu və Sulduzda “PEJAK” kürd terror təşkilatının əlaltıları olan kürd namizədlərə səs vermək və Güney Azərbaycan şəhərlərində kürdləri Şuraya seçmək və bölgəni siyasi olaraq kürdləşdirməkdən ibarət idi. Köçəri kürdlər mollakratiya rejiminin birbaşa yönətməsi ilə bu taktika ilə ölkənin parlament seçkilərində də istifadə etmişdilər. Beləliklə də Urmu şəhərindən 3 köçəri kürd aday fars rejiminin təşəbüs ilə sandıqdan çıxmışdı. Bu tarixi yalnışlıqları düzəltmək üçün, Güney Azərbaycan Milli Hərəkatı daha da diqqətli bir şəkildə xalqı yeni seçkilərdə milli səfərbərliyə yönəltməyə çalışdı. Bu dəfə şəhər şuralarına seçkilərdə əldə olunan qələbələr də məhz bunun nəticəsidir.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

 

13:06