Tarixdəki Ərmənşahlar dövləti və ya Armeniyanın indiki ermənilərlə əlaqəsi varmı? — TARİXİ FAKT

Tarixdə olan Ərmənşahlar dövləti əslində bir türk dövləti olub.

Bir çox hallarda səhvən ərmənləri və ərəb mənbələrində Ərməniyyə, fars mənbələrində Armenia deyilən dövləti müasir haylarla, yəni ermənilərlə əlaqələndirirlər. Bu tarixi səhvin əslində hansı fakta söykəndiyi barədə məlumatı tarixçi alim Əkbər Nəcəf bölüşüb.
Ərmənşahlar, Əxlatşahlar, Sökmanilər və ya Sökmənlilər adlanan bu dövlət 1100-1207-ci illər arasında mövcud olub. Bu dövlətin Azərbaycan Səlcuqları-Yaqutilərdən İsmail El-Arslanın, ondan sonra oğlu Qütbəddin Məvdudun qulamı olan Sökmən əl-Qütbi tərəfindən əsası qoyulub.

Ərmən adlanan ərazi Diyari-Ərmən və ya Van gölü ətrafı ilə onun şimal hissəsini əhatə edirdi. XI əsrdə bölgədə hakim gücə çevrilən oğuzlar qədim dövrlərdə “Yuxarı məmləkət” mənasına gələn Pers mənbələrinin Armenia, ərəblərin İrməniyyə adlandırdıqları torpaqlara Ərmən deməyə başldılar.

Ərmən adı ilə tarixdə ilk siyasi quruluş Ərmənşahlar olub. Həmin hökmdarlar hakimiyət titulu olaraq “Ərmən şah” və ya “Şahi-ərmən” adını daşıyıblar. Sökmənin “ərmənşah” titulu aldığı haqqında yeganə məlumat Əbü’l-Fidanın əsərində yer alır.

xudaferin,eu

22:08