Sumqayıtda şair Sabir Sarvanın 60 illik yubileyi keçirilib

Sumqayıt şəhər “Əli Kərim adına Poeziya Evi”ndə Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi və şəhər Mədəniyyət və Turizm idarəsinin təşkilatçılığı ilə AYB Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvanın 60 illik yubiley gecəsi keçirilib. Gecədə Sabir Sarvanın həyatı və yaradıcılığından danışılıb.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov çıxış edərək olkə və şəhər rəhbərliyinin ədəbi mühitə diqqət və qayğısından danışıb, yubilyarı şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adından təbrik edib, Fəxri Fərman və hədiyyə təqdim edərək yaradıcılıq uğurları arzulayıb.
AYB-nin katibi İlqar Fəhmi, tənqidçi İlham Abbasov, yazışı Varis və digərləri çıxış edərək Sabir sarvanı təbrik edib, xoş arzularını çatdırıblar. Gecədə  muğam üşülüyünün ifası, Sumqayıt Dövlət Dram teatrının aktyorlarının ifasında səslənən şeirlər dinləyicilər tərəfindən maraqla qarşılanıb. Sonda şair Sabir sarvan gecənin təşkilatçılarına, şəhər rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib, müxtəlif illərdə yazdığı şeirlərini oxuyub.

Xudaferin.eu

 

14:14