“SpaceX” və “Google” ən populyar şirkətlər onluğuna başçılıq edir

 

“SpaceX” və “Google” informasiya texnologiyaları sahəsində ən populyar şirkətlər onluğuna başçılıq edirlər. Bu barədə “Hired” iş axtarışı servisinin apardığı tədqiqatda deyilir.

“Hired” mütəxəssisləri texniki sahədə çalışan 2340 amerikalının, eləcə də Böyük Britaniya, Sinqapur, Kanada və Avstraliya sakinlərinin rəyini öyrənib. Servis nümayəndələri onlardan yerli şirkətlərə maraq səviyyəsini qiymətləndirməyi xahiş ediblər. Bundan başqa, respondentlərə əməkdaşlıq etmək arzusunda olduqları digər şəhər və ölkələrin şirkətlərini sadalamaq təklif olunub.

Tədqiqatın nəticələrinə əsasən ABŞ-ın 10 şəhərində, eləcə də London, Sidney, Melburn və Sinqapurda informasiya texnologiyaları əməkdaşları arasında ən populyar olan şirkətlər müəyyənləşib. Kanadanın Toronto şəhərinin sakinləri əsasən “Shopify” elektron ticarət platformasını yaradan startapda çalışmaq istədiklərini bildiriblər. İndeksin 85 bənd qiymətləndirilməsi şirkətə ümumi reytinqdə üçüncü yeri tutmağa imkan verib.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

09:47