Savalan Dağında bir neçə fəal həbs edilib

 

Güney Azərbaycanda İran mollakratiya rejiminin təhdiddolu siyasəti hələ də davam edir. Belə ki, mollakratiya rejiminin təhlükəsizlik qüvvələri Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı təqib və təzyiqlərini, tutuqlama siyasətini son həddə çatdırıbdır. Avqustun 3-də Güney Azərbaycan Milli Hətəkatının fəallarından bir neçə nəfər Savalan Dağı ətəklərində tutuqlanıblar.

Tutuqlular arasında Aydın Zakiri, Əli Xeyrcu, Meysəm Colani və Meysəm Babayi öncə Ərdəbil vilayətinin Lahrud şəhərinin məhkəməsinə, daha sonar isə Meşkinşəhrdə (Xiyav) yerləşən “Ettelaat”a məxsus həbsxanaya göndəriliblər. “Xudaferin.eu”ya daxil olan bir sıra bilgilərə görə, tutuqluların sayı 9 nəfərdir. Onların bir neçəsinin adını müəyyən etmək hələ ki, bəlli olmamışdır. Kimliyi məlum olan dörd fəal bundan öncə də göstərdikləri fəaliyyətlər üzündən həbs və mühakiməyə məruz qalıblar.
Qeyd edək ki, Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı İran mollakratiya rejimi tərəfindən aparılan tutuqlama siyasəti əslində hər ötən gün milli davanın tərəfdarlarının daha da artması, mollakratiya rejiminə qarşı xalqın inamın azalmasından qorxur.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

10:07