Sahibə Qafarova: Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasında yer alır

Azərbaycan Ordusu şərəfli inkişaf yolu keçərək, bu gün dünyanın ən güclü orduları sırasında yer alır.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyunun 25-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində, birgünlük antiterror tədbirlərində milli hərb tariximizə yazdıqları şanlı səhifələr xalqımızın qürur mənbəyidir. Qəhrəman Ordumuzun döyüş meydanlarındakı hünəri qarşıya qoyulan hədəflərə çatmaq üçün onun ən mürəkkəb tapşırıqları yerinə yetirməyə qadir olduğunu göstərib.

Xudaferin.eu

16:10