Azərbaycanın xarici işlər naziri Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində paytaxt Tbilisidə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, nazir abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Ceyhun Bayramov, həmçinin Tbilisidə yerləşən "Qəhrəmanlar meydanı" abidəsini də ziyarət edib.

 
Xətayi Əzizov
Xudaferin.eu

16:18