Prezident İlham Əliyev: Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir

Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində söyləyib.

Ölkəmizin ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəltdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir”.

Xudaferin.eu

15:40