Azərbaycan ilə Mərakeş arasında viza tələbi ləğv edilir

Azərbaycan və Mərakeş ümumvətəndaş pasportlarının sahiblərini viza tələbindən azad edir.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq olunması barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Saziş 2024-cü il mayın 4-də Bancul şəhərində imzalanıb.

Xudaferin.eu

16:14