Rövşən Ağayev: “Liberal məzənnə sisteminə keçid yanlış siyasətdir”

Ölkədə liberal iqtisadi sistemin ən vacib baza elementləri, ələlxüsus azad sahibkarlıq, rəqabətli bank sektoru, ən çeşidli alətləri özündə birləşdirlən maliyyə bazarları, dayanıqlı makroqitisadi sabliyə təminat verən tarazlaşdırlmış tədiyyə balansı, diversifikasiya olunmuş və valyuta bazarının tələbatının heç olmazsa üçdə birini ödəyən qeyri-resurs iqtisadiyyatı yoxdur, amma Mərkəzi Bankın rəhbərliyi deyir ki, liberal məzənnə sisteminə keçirik. Bu barədə iqtisadçı Rövşən Ağayev Hurriyyet.org-a açıqlamasında bildirib: “Bu, yanlış siyasətdir, heç bir investor, bank indiki qeyri-sabit, qeyri-müəyyən məzənnə rejimində yığımlarını invesitisiya kimi iqtisadiyyata yönəltməyəcək. Nəticədə iqtisadi fəallıq daha kəskin azalacaq, böhran daha daha da sərtləşəcək. Sərbəst üzən məzənnə rejiminə keçid o şəraitdə iqtisadiyyatda katakilizmlər yaratmır ki, tədiyyə balansının ümumi saldosu tarazlıq nöqtəsinə yaxın olur, yaxud hökumət qısa müddətdə əmtəə və xidmət ixracının, ölkəyə kapital gəlişinin artımı hesabına bu tarazlığı təmin edəcəyinə tam arxayın olub bu addıma gedir”.

İqtisadçı hesab edir ki, ölkədə yeni məzənnə rejiminə uyğun sosial siyasət mexanizmləri formalaşdırılmayıb, qiymətlərin qısa müddətdə kəskin dəyişilməsinə reaksiya verən gəlir indeksiyası mexanizmi mövcud deyil: “Bu siyasət ölkədə yoxsulluğu kəskin şəkildə dərinləşdirir, demoqrafik durumu ağırlaşdırır. Bu problemləri sonra həll eləmək üçün illərlə zaman və milyardlarla vəsait lazım olacaq. Açığı deyim ki, indi valyuta bazarında baş verənlər sərbəst üzən məzənnə rejiminə keçiddən daha çox, hökumətin ucuz manatla öz büdcə öhdəliklərini daha az valyuta ehtiyatları hesabına qarşılamaq təşəbbüsünə daha çox oxşayır”.
R. Ağayev onu da xatırlatdı ki, Ukraynada 2014-ücü ildə tədiyə balansında 10 milyard dollardan çox defisitin yarandığı şəraitdə qrivnanı sərbəst buraxdılar, milli valyuta 3 dəfədən çox dəyərdən düşdü: “Amma 2015 və 2016-cı illərdə tədiyə balansında müsbət saldo qrivnanın məzənnəsinin tam sabitləşməsini təmin etdi. Rusiya və Qazaxıstanda neftin qiymətinin kəskin düşdüyü 2015-2016-cı illərdə belə əmtəə ixracından gəlirlər 2 dəfədən çox azaldı, hətta Rusiyada böyük həcmli kapital qaçışı verdi, amma tədiyə balansında tarazlığı qorumaq mümkün oldu. Azərbaycanda isə 2015-2016-cı illərdə tədiyə balansında böyük kəsir yaranıb, 2017-c ildə isə neftin qiyməti indiki səviyədə qalacağı tədqirdə kəsiri aradan qaldırmaq real görünmür”.

Şamo
Hurriyyet.org

21:55