Rex Tillerson:"Əsəd ailəsinin hökmranlıq dövrü sona çatır"

 

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Rex Tillerson ölkəsinin Bəşər Əsədin heç bir rol oynamayacağı bütöv və birləşmiş bir Suriya görmək istədiyini söylədi.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Rex Tillerson Orta Şərq və Asiya ölkələrinə etdiyi səfərlərdən sonra İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Staffan də Mistura ilə görüşüb. ABŞ dövlət katibi görüşdən sonra verdiyi açıqlamada Suriyanın gələcəyində Bəşər Əsədin olmayacağını vurğulayaraq:"ABŞ Əsədin hökumətdə heç bir rolunun olmayacağı bütöv və birləşmiş bir Suriya görmək istəyir. Əsəd ailəsinin hökmranlıq dövrü sona çatır. Yeganə məsələ bunun necə həyata keçməsidir" ifadəsini işlədib.
Qeyd edək ki, “Əsəd ailəsi 40 ildən çoxdur ki, Suriyada diktator rejiminin başındadırlar. Bu rejim uydurma BƏƏS (ərəb milliyyətçi sosialist partiyası) ideyası altında diktatura rejimi quraraq, ölkəni öz maraqları çərçivəsində idarə edirlər. Bununla da 28 milyonluq əhalisi olan Suriyada xalq məşəqqətlər, zülm və işgəncələr altında yaşamağa məcbur ediliblər. Bu siyasi diktaturaya Rusiya və İran kimi antidemokratik dövlətlər də yaxından dəstək verirlər. Orta Doğuda diktator rejimlərinin bir-birinin ardınca çökməsi əslində dünya demokratiyasının təntənəsi deməkdir.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

09:36