Quzey Kore bütün dünyanı təhdid edir

 

Atom silahını bu dəfə atmosferdə sınaqdan çıxaracaqlar

Quzey Koreli diplomatlar Sakit Okean üzərində atom silahını sınaqdan çıxaracaqlarını bildiriblər. Mütəxəssislər hesab edir ki, bununla rəsmi Pxenyan ABŞ-ı vurmaq gücünü göstərəcək. Ötən ay bir hidrogen bombasını sınaqdan çıxardıqlarını bildirən Şimali Koreyanın xarici işlər naziri Ri Yong Honun iddiasını ölkəsindəki bir çox rəsmi şəxslər dəstəkləyib. Nazirliyin yüksək vəzifəli şəxslərindən Ri Yong Pil “Xarici işlər nazirimiz böyük liderimizin niyyətini çox yaxşı bilir. Onun bu sözlərinə inana bilərsiniz” deyib.

Şimali Koreyanın xarici işlər naziri ABŞ Prezidenti Donald Trampın onları təhdid etdiyi zaman Quzey Koreni tamamilə məhv edəcəklərini ifadə etməsindən sonra bu sözləri söyləmişdi.

Ötən həftə isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Quzey Korenin ABŞ-ı atom silahları ilə vura biləcəyi ehtimalını irəli sürmüşdü. Quzey Korenin daha əvvəlki atom sınaqları yerin altında həyata keçirilib. Mütəxəssislər belə silahların atmosferdə sınaqdan çıxarılmasını Quzey Korenin öz gücünü göstərməsi kimi dəyərləndirirlər.

Qeyd edək ki, Donald Tramp gələn həftə Asiyaya səfər edərək oradakı liderlərlə Quzey Koreni müzakirə edəcək.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

11:31