Qərb İŞİD-ə qarşı müharibəni dayandırdı

ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyası İraqda İŞİD-ə qarşı irimiqyaslı döyüş əməliyyatlarının başa çatdığını elan edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Müştərək quru qüvvələri komandanlığının qərargahı bu gündən etibarən Bağdadda fəaliyyətini dayandırıb. Bu İraqda İŞİD-ə qarşı irimiqyaslı döyüş əməliyyatlarının başa çatdığını və koalisiyanın şəxsi heyəti və tapşırıqlarının dəyişdiyini simvolizə edir”, - deyə koalisiyanın bəyanatında qeyd olunur.

Koalisiya bundan sonra İraqda  təhlükəsizlik səviyyəsini artırmaq məqsədi ilə yerli qüvvələrin hərbi hazırlığı və möhkəmləndirilməsi ilə məşğul olacaq.

Xudaferin.eu

11:15