“Qorqud Ata aşıqlar karvanı”na qoşulan sənətkarlar Bakıda çıxış ediblər

 

Rəşid Behbudov adına Dövlət Mahnı TeatrındaQorqud ata aşıqlar karvanı” adlı aşıq konserti keçirilib. Konsert Azərbaycan Aşıqlar Birliyi (AAB), Türkiyənin Osmaniyyə Bələdiyyəsi, Avrasiya mədəniyyət, sənət dərnəyi və Türk Dünyası Jurnalistlər Federasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Gecədə AAB-nin sədri, professor Məhərrəm Qasımlı türk xalqlarının ortaq kültüründən, Dədə Qorqudun Türk Dünyasının folkloruna, ədəbiyyatına təsirindən söhbət açıb. Son dövrlərdə ədəbiyyatın, folklorun təbliğatçısı olan aşıqlarımızın müştərək tədbirlərinin keçirilməsinin əhəmiyyətindən danışıb.

Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Dəmir Menderes Azərbaycan, Türkiyə, Türkmənistan, Güney Azərbaycan, Qazağısan, Qırğızıstan, Özbəkistan, Gürcüstan və digər ölkələri təmsil edən aşıqların eyni səhnəni bölüşməsini aşıq sənətinin inkişafı baxımından böyük hadisə adlandırıb. D. Menderes Türk Dünyası Jurnalistlər Federasiyasının fəaliyyətindən, eləcə də rəhbərlik etdiyi qurumun Azərbaycan-Türkiyə dostluğu çərçivəsində gördüyü işlərdən söz açıb, bu möhtəşəm konsertin hər bir xalqın folkloruna, aşıq sənətinə və bütünlükdə mədəniyyətinə bir töhfə olduğunu söyləyib. Sonra söz və saz məclisində meydan aşıqlara və sənət ustadlarına verilib. 20-dən çox ölkənin aşıqları səhnədə çıxış ediblər. Konsert böyük maraqla qarşılanıb.

Xudaferin.eu
“Bakı Bürosu”

09:16