Qazaxıstan və Özbəkistan arasında neft boru kəməri inşa ediləcək
Qazaxıstan və Özbəkistan ildə 5 milyon ton nəqletmə gücü olan neft boru kəmərinin tikintisi ilə bağlı müqavilə imzalayıblar. Boru kəmərinin 2021-ci ildə istismara verilməsi planlaşdırılır.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ötən həftə iki ölkə hökuməti arasında enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalamaq üçün Özbəkistana səfər edib. Sazişdə ildə 5 milyon tonluq Çimkent-Cizzak əsas neft boru kəmərinin inşası və 2021-ci ildə istismara verilməsi nəzərdə tutulur. İki ölkə Çimkent-Cizzak neft boru kəmərinin tikintisi üçün öz ərazisində müvafiq qurumlara əlverişli şərait yaradacaq.

Qazaxıstan. “Astana Bürosu”
14:38
Digər xəbərlər