Prokurorluq Sarkozini “təcrübəli cinayətkar” adlandırdı

 

“Le Monde” qəzeti yazır: “N.Sarkozi və vəkili Tyeri Hersoq (Tierri Herzog) başkalarının adında qeydə alınmış telefonlarla danışaraq "korrupsiya" və "səlahiyyətindən sui-istifadə etmə" cinayətləri törədib.”

Fransa Maliyyə Prokurorluğu tərəfindən hazırlanan iddianamədə keçmiş prezident Nikola Sarkozi “rüşvət“ və "səlahiyyətindən sui-istifadə” maddələrilə "təcrübəli cinayətkar" kimi səciyyələndirilib. 2017-ci ilin 21 sentyabrda 94 yaşında həyatını itirən, ölkənin ən zəngin qadınlarından biri olan, məhşur kosmetika şirkəti “L’Oreal”ın sahibi Lilian Bettenkurun (Liliane Bettencourt) mirasıyla bağlı məhkəmədəki səs qeydləri Sarkozi partiyasının seçki kampaniyasının maliyyələşdirilməsi qalmaqalını üzə çıxardı.

“Le Monde” qəzeti yazır: “N.Sarkozi və vəkili Tyeri Hersoq (Tierri Herzog) başkalarının adında qeydə alınmış telefonlarla danışaraq "korrupsiya" və "səlahiyyətindən sui-istifadə etmə" cinayətləri törədib.”

Bu, Fransa Maliyyə Prokurorluğunun 79 səhifəlik iddianaməsində Sarkozi və Hersoqa cinayət işi açılması üçün kifayət qədər dəlil sayılıb. İddianamədə Sarkozinin Hersoq vasitəsilə 2014-ci ildə Prokurorluq hakimi Qilbert Azibertenin (Gilbert Azibertten) “Bettencourt” məhkəmə işiylə bağlı gizli məlumat almağa çalışdığı fikri də qeyd edilir.

Xudaferin.eu

"Avropa Bürosu"

 

09:07