Praqada Yan Palaxın xatirəsini anıblar

Çexiyanın Baş naziri Boquslav Sobotka və hökumət üzvləri tələbə Yan Palaxın 48 il əvvəl Varşava Müqaviləsi Təşkilatının qoşunları tərəfindən Çexoslovakiyanın işğal edilməsi əleyhinə etiraz əlaməti olaraq özünü yandırdığı yerə tər çiçəklər qoyublar. B.Sobotka çıxışında deyib: “Bu hadisə tariximizin çox mühüm səhifəsidir və biz onu unutmamalıyıq”.

“Bez komunistů.cz” hərəkatı Praqada, bu faciəli hadisənin baş verdiyi Milli Muzeyin qabağında brifinq keçirib. Ali məktəb tələbələri və yuxarı sinif şagirdləri bu gün Y.Palaxın xatirəsinə ehtiram əlaməti olaraq aclıq keçiriblər. Praqanın “Staroměstské náměstí” meydanındakı Müqəddəs Nikolay kilsəsində Y.Palaxa sərgi həsr olunub. Ekspozisiya çərçivəsində “Yan Palaxın mesajı” sənədli filmi nümayiş etdiriləcək. Sərgi fevralın 2-dək davam edəcək.
Qeyd edək ki, 1968-ci ildə Praqada anticommunist hərəkatına qarşı divan tutmaq üçün bu prosesə əski Sovetlər Birliyi DTK-nın (Dövlət Təhlükəsizlik Komotəsi) sədri Yuri Andropovun özü şəəxsən rəhbərlik etmişdir. Bu qanlı faciədə ən azından 50 min nəfər ölkə vətəndaşı Moskvadan göndərilmiş tankların tırtıllarının altında əzilib öldürülmüşlər. Bundan əlavə, yüz minlərlə insane məcbur olaraq mühacirətə üz tutmuşlar. Sovet DTK-nın həbs etdiyi onminlərlə insanlara isə ən məşəqqətli cəzalar və işgəncələr verilmişdir.

Xudaferin.eu
Çexiya, “Praqa Bürosu”

 

12:20