Portuqaliyada meşə yanğınları tüğyan edir

 

 

Portuqaliyaya meşə yanğınları qayıdıb. Ölkənin şimalında Alijo bələdiyyəsində daha ağır vəziyyət yaranıb. Alov artıq bir neçə gündür səngimək bilmir və onu nəzarətə götürmək hələlik mümkün olmayıb.

Olay yerində 400 yanğınsöndürən işləyir, bir neçə yüz hərbçi onların köməyinə gəlib. Səkkiz təyyarə havadan yanğını söndürməyə çalışır. Qeyd edək ki, iyun ayında Portuqaliyanın mərkəzi hissəsində tüğyan edən çox güclü meşə yanğınlarında 64 adam həlak olub. Təqribən 30 min hektar meşə sahəsi məhv olub. Pedroqan-Qrandi bələdiyyəsi hamıdan çox ziyan çəkib. Külək və 43 dərəcəyə çatan isti alovun sürətlə yayılmasına şərait yaradıb. Portuqaliyalı yanğınsöndürənlərə onların ispaniyalı və fransalı həmkarları köpmək ediblər.

Xudaferin.eu
“Avropa Bürosu”

09:19