Özbəkistanın yeni prezidenti Şövkət Mirzəyevdən inqilabi addım

Dekabrın 4-də seçilmiş Özbəkistanın yeni prezidenti Şövkət Mirzəyev inqilabi təkliflə çıxış edib. Yeni dövlət başçısı vilayət rəhbərlərini (hakim adlanır-red.) seçki vasitəsi ilə müəyyənləşdirməyi təklif edib. Şövkət Mirzəev Konstitusiyanın 24 illiyi münasibəti ilə keçirilən yığıncaqda deyib: "Gələcəkdə biz yerli hakimləri birbaşa xalqın iradəsi ilə seçmək məsələsi ətrafında düşünməli və bu haqda müzakirələr aparmalıyıq".

Prezident bildirib ki, hər region rəhbərini özü seçsə, yerli rəhbərlərin xalq və cəmiyyət qarşısında məsuliyyəti kəskin şəkildə yüksələr. Hazırda Daşkəndin və 12 vilayətin rəhbərlərini (hakimləri) baş nazirin təqdimatı ilə prezident təyin edir və işdən çıxarır. Şövkət Mirzəyevin sözlərinə görə, 2017-2021-ci illər ərzində ölkədə inzibati idarəetməni təkmilləşdirməyi nəzərdə tutan konsepsiyaya uyğun olaraq "Dövlət qulluğu" haqqında qanun işlənib hazırlanır.

Xudaferin.eu

05:01