“Öz dünyanı boya”

“Öz dünyanı boya” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Azərbaycan Rəssamlar İttifaqı və "FAB” MMC-nin təşkilatçılığı ilə keçirilən sərgidə 170 şagirdin 200-dən çox əl işi nümayiş olunurdu. Əl işlərini xalq rəssamları Ağəli İbrahimov, Arif Hüseynov, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev dəyərləndiriblər.    Mərasimdə çıxış edən Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov məktəbliləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi, rəssamlığa marağı olan uşaqlara rənglər dünyasının sirlərindən söz açdı. Sonda qaliblər və sərgiyə qatılan bütün iştirakçılar fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.

Xudaferin.eu

16:12