Ötən il Güney Azərbaycanın Doğu bölgəsində türk dilində 150 kitab nəşr edilib

 

Güney Azərbaycanın Doğu bölgəsinin kültür idarəsinin açıqlamasına görə, ötən illərdən fərqli olaraq, bölgədə türk dilində kitab nəşrinin 100 faiz artıbdır.
 

Kültür idarəsinin rəisi Məhəmməd Məhəmmədpurun verdiyi açıqlamaya görə ötən il Doğu bölgəsində çap olunan kitabların təqribən 90 faizi türk dilində olub. Bu da təqribən 150 kitab deməkdir. Ümumiyyətlə kitabların çoxu öncələr olduğu kimi fars dilində daha çox nəşr olunur.

Qeyd edək ki, kitab nəşri və kitab bazarı ilə bağlı Güney Azərbaycan Milli Hərəkatının fəalları Güney Azərbaycanda və mollakratiya rejiminin başkəndi Tehranda da türkcə kitabların nəşr prosesində məhdudiyyətlər və çətinliklərin tətbiq edildiyini önə çəkməklə bərabər əhali arasında türkcə kitablara rəğbətin də getdikcə artdığını vurğulayırlar. Onlar bildirirlər ki, türkcə kitab nəşri mövzusunda nəşr problemləri ilə yanaşı türkcə təhsil üçün qanuni şəraitin olmaması əlavə problemlərə səbəb olur.

Yazar və türk dili öyrətməni olan Məhəmməd Rəhmanifər onu da bildirib ki, ana dili ilə bağlı son illərdə düzənlənən kampaniyaların sonucu olaraq toplum arasında türkcə yazıb-oxuyanların sayının sürətlə artmaqdadır.
 

Xudaferin.eu

Güney Azərbaycan, "Tərbiz Bürosu"

 

12:35