Hər dəfə "O yerləri, evinizi görəndə hansı hissləri keçirəcəksən?" sualı qarşısında donub qalıram. Nə cavab verəcəyimi bilmirəm. Çünki məqamın hissləri fərqlidir. İndi bizimki şəkildə, videoda gördüklərimizdən, düşüncələrimizdən doğan təsəvvürdü. O yerləri görəndə hisslər tam başqa olacaq. Orada sevinc də olacaq, qoyub gəldiyin varlıqla yoxluq arasındakı boşluğun doğurduğu qarışıq hisslər də. Təsəvvürlə reallığın hissləri fərqlidir.
Doğulduğun, yaşadığın evi yoxluğun içində axtarmaq çox ağırdı. Daşına, tozuna tapınmaq, əlini viran edilmiş, vəhşicəsinə dağıdılmış yerə uzadaraq "Bu bizim evimizdi" deməyin hissini ifadə etmək olmur. Onu ancaq yaşamaq lazımdır. O hissi sükut yazacaq.
İnsanlar kimi yurdumuz da ruhuyla didərgindi. Nə kölgəsində oturası bir ağac var, nə söykənəsi divar. Təkcə qovuşmaq var. Qucaqlayası əzizlərimiz olmasa da, boşluğu qucaqlaya-qucaqlaya, doğma havanı içimizə çəkə-çəkə, sevinc, ağrı göz yaşlarını biri-birinə qata-qata həsrətini çəkdiklərimizlə qol-boyun olacağıq.
Əvvəlcə onu tək qoyub gəldiyimiz üçün bizdən küsən torpağı izimiz, baxışlarımız isidəcək. Sonra üzünə təbəssüm qoyub "Axır ki, gəldiniz" deyərək, bizimlə barışacaq. O təbəssüm bizi özümüzə qaytaracaq. Hisslər dəyişəcək. İlahi, bu günü də gördüm deyib, içdən ah çəkərək illərin ağır yükündən boşalacağıq. Yüngülləşəcəyik.
O hissi sükut yazacaq...

Tozundan, torpağından öpüb rahatlancağıq. Ruhlar qovuşantək.
Gözümüzə işıq gələcək. Ürəklənəcəyik. Artıq başqaları kimi sıxıntısız olacağıq.
Bu yaşantıları, hissləri görmək lazımdır.
Ruh, can yurda bizimlə qayıdacaq. Neçə illərdən sonra yurd da yurd olacaq. Biz də biz olacağıq. Tam. Bütöv.
Bu ayrı xoşbəxtlikdi.
Bu ayrı hissdi...
Rəfail Tağızadə
Xudaferin.eu
15:23