Rəfail Alı oğlu Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub.
Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib.
Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitetdə) təhsil alıb.
Müxtəlif vəzifələrdə çalışıb.
Azərbaycan Milli Ordusunda döyüş bölgəsində zabit kimi xidmət edib.
Ordu Birləşməsi Komandanlığı tərəfindən "Şah İsmayıl Xətai" və başqa Fəxri Fərmanlarla və qiymətli hədiyyələrlə təltif olunub.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Beynəlxalq "Rəsul Rza" mükafatına layiq görülüb (2006). “Qarabağ qazisi haqqında ballada” poemasına görə.
Prezident təqaüdçüsüdür (2011).
Ümid Partiyasının Ali Məclisinin sədridir.
"Qapı" (2004) və "Qarabağ rüzgarları" (2009), "Gecə xəyalları" (2013), “Su üzərində bahar (2019)” şeir kitablarının müəllifidir.
Dünya şöhrətli alim Rafiq Əliyev haqqında “Su kimi sakit və güclü” (2019) kitabının tərtibçisi və redaktorudur.
Dünyanın çağdaş avanqard şairlərinin, xüsusən çağdaş polyak şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib.
"Qəfil görüş" Çağdaş polyak şeir antologiyası kitabının həmmüəllifidir.
Çağdaş polyak şairlərinin şeirlərini tərcümə edərək "Şairlər eyni dildə danışırlar" adlı şeir antologiyası kitabını hazırlayıb.
“Şopenin ürəyi” poemasına və dahi polyak bəstəkarı Şopenin 200 illik yubileyi ilə əlaqədar Şopenin Azərbaycanda təbliğinə görə Polşa Respublikasının Mədəniyyət və Milli İrs naziri tərəfindən Diploma layıq görülüb.
Ədəbiyyat üzrə Nobel Mükafatçısı Çeslov Miloşun Polşada keçirilən 100 illik yubileyində Azərbaycanı təmsil edib.
Şeirləri ingilis, alman, italyan, rus, polyak, ukrayna, özbək dillərinə və Türkiyə türkcəsinə tərcümə olunub.
Xudaferin.eu
Rəfail Tağızadə şair, publisist.

23:45