“Ağıllı kənd” layihəsini hazırlayanlar yəqin ki, işğaldan azad olunan kəndlərin tamamilə dağıdılğını görüb bu düşüncəyə düşüblər. Lakin bunun mənəvi tərəfini nəzərə almayıblar.
Kəndin, şəhərin müasir olması anlaşılandır. Heç kim ona qarşı çıxmaz. Yeni qurulan kənd, şəhər daha gözəl, yaraşıqlı olmalıdır. Bu hər kəsin arzusudur. XXI əsrdə salınan kənd müasirliyi ilə seçilməlidir. Amma əvvəlki yerində.
Mən elmi-texniki tərəqqinin, inkişafın əleyhinə deyiləm, tərəfdarıyam. İşlədiyim müddətdə yeni texnologiyalar tətbiq etməklə səmərələşdirici təkliflər müəllifi olmuşam. İndi də salınacaq kənddə qurğuların, kommunikasiya xətlərinin, qovşaqların müasir tələblərə cavab verməsini istəyirəm. Dövrlə uzlaşmaq zamanın tələbidir. Amma burda yurd məsələsi var.
Biz xalq olaraq kökə, yurda, torpağa bağlıyıq. 27-28 ildi yurd həsrəti yaşayan inşanları yenidən başqa bir yerə köçürtmək onların ümidini qırmaq deməkdir. Bu insanlar itən illəri unutmaq, yenidən xoşbəxt olmaq düşüncəsiylə ömrünün xoş günlərini yaşadığı dədə-baba yurduna qayıtmaq istəyir. Əks halda bu illər ərzində məskunlaşdığı, uyğunlaşdığı yeri niyə tərk etsin ki? Orda doğulan uşaqlar artıq ora uyğunlaşıblar. Onunçün fərqi nə? Başqa kənd olsun, ya başqa rayon. Öz kəndi deyilsə, onunçün yaddır. Başqa bir yerdir. İnsan öz vətənində burdan-ora, ordan-bura nə qədər köçər?
Bu insanlar həm də dünyadan həsrətli köçən, Azərbaycanın müxtəlif rayonlarında dəfn olunan valideynlərinin, doğmalarının istəklərini reallaşdırmaq üçün yurduna qayıtmağı özünə mənəvi borc bilir.
Təbii, köçürülmə prosesində də müəyyən narazılıqlar yaranacaq. Amma yurd yerində onu yoluna qoymaq daha asan olacaq.
Əhalinin ən həssas hissəsi ilə bu cür davranmaq olmaz. Elə etmək lazımdır ki, insanlar ikinci dəfə qaçqın həyatı yaşamasınlar. Onlar öz istəkləri ilə yurdlarını tərk etməyiblər. Qaçqın düşməyiblər. Dövlət bu insanlara sahib çıxmayıb. Onları qorumayıb. Müharibəni fərdlər deyil, dövlət aparır.
İşğaldan azad olunmuş rayonlarda kəndləri birləşdirərək “Ağıllı kənd” salmaq 30 ilə yaxın yurd həsrəti ilə ağır şəraitdə yaşayan məcburi köçkünləri bir daha öz dədə-baba yurdundan didərgin salmaqdır. Uçulub dağıdılan evin hər daşı, həyətin hər qarış torpağı orada doğulub boya-başa çatan insanlar üçün əzizdir. Bu insanlar ata-anaların, nənə-babaların ruhu dolaşan yurd yerini yenidən dirçəltmək, köhnə yurdda işıq yandırmaq, ona yeni həyat vermək istəyindədirlər.
Siz köçkünləri Almaniyaya, Norveçə köçürtmürsünüz. Təsəlli yeri təkcə doğma yurdu olan insanları yurduna qaytarırsınız.
Kənddə yolları, kommunikasiya xətlərini yeni layihə ilə çəkəndə kiminsə həyətindən kəsiləcək, evlərin yeri dəyişiləcək. Bu qəbul ediləndi. Onsuz da özü tikəcəyi evi həyətinin münasib bir yerində tikməlidi.
Qələbə, yurdunun işğaldan azad olunması sevincini insanların üzlərində dondurmayın. Bu insanlar o həyəti, torpağı, addım izlərini toz basmış cığırı qucaqlayıb bağrına basıb öpəcəyinin həsrətindədir. İlk addım atdığı, böyüdüyü, ən sevincli günlərini yaşadığı, doğmalarının ruhu dolaşan yer onlar üçün müqəddəsdir.
Bu doğma yurda qayıdışdı.
Məsələni həll etmək istəyənlər nəzərə almalıdırlar ki, doğma yurdunu itirən də, sabah orda yaşayan da bu insanlar olacaqlar. Soruşun: ”Yurd itkisini ikinci dəfə yaşamağa bu tükənmiş insanların gücü qalıbmı?” İnsanlar dağıdılmış evin bünövrəsiylə, qırılan ağacın kötüyüylə, hər qarışında xatirələri yatan torpaqla təsəlli tapacaqlar. Onları yaşadan çiliklənmiş xatirələrindən məhrum etməyin.
Özünüz bir kənd kənardan düzlənmiş kəndinizə, yurd yerinizə baxıb yaşaya bilərsinizmi? Çətin!
Yurd həsrəti yaşamış insanları bir daha imtahana çəkməyin.
“Ağıllı kənd” və mənəvi uyğunsuzluq

Rəfail Tağızadə
Xudaferin.eu
15:35