Nyu-Yorkda terror aktı nəticəsində 6 nəfər həlak olub

 

Nyu-Yorkda törədilən terror aktı nəticəsində ən az 6 nəfər həlak olub. Hadisə 11 sentyabr terror aktının törədildiyi ərazinin yaxınlığında baş verib.

Yerli mətbuatın məlumatına görə, naməlum şəxs idarə etdiyi avtomobili velosiped yolundakı insanların üzərinə sürdükdən sonra ətrafdakı adamlara atəş açıb və xeyli sayda insanı yaralayıb. Nyu-York polisinin açıqlamasında hadisə nəticəsində yaralıların olduğu və bir nəfərin həbs edildiyi bildirilib. “Nyu-York Tayms” isə hadisə nəticəsində ən az altı nəfərin həlak olması, xeyli sayda insanın yaralanması barədə məlumat yayıb.

 

Xudaferin.eu

ABŞ, "Vaşinqton Bürosu"

 

09:36