Nursultan Nazarbayev fərman imzaladı: Qazaxıstan latın qrafikasına keçir

 

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev latın qrafikasına keçid haqqında fərman imzalayıb. Sənədə əsasən, yeni əlifbaya keçid 2025-ci ilədək mərhələli şəkildə həyata keçiriləcək.

Prezident latın qrafikası əsasında hazırlanmış və 32 hərfdən ibarət olan Qazax əlifbasını təsdiqləyib. Xatırladaq ki, kiril qrafikalı Qazaxıstan əlifbasında 42 hərf var.

Latın qrafikasına keçidlə bağlı tapşırıq Prezident Nursultan Nazarbayev tərəfindən 2017-ci ilin aprelində verilmişdi. Bu məqsədlə ümumxalq müzakirələri aparılmış və müvafiq layihə hazırlanmışdı. Qazaxıstanın informasiya və kommunikasiya naziri Dauren Abayevin sözlərinə görə, latın qrafikasına keçmək qərarı heç bir siyasi motivlə əlaqəli deyil.

Postsovet məkanında latın qrafikasından Baltikyanı ölkələrdə, habelə türkdilli ölkələr olan Azərbaycan, Türkmənistan və Özbəkistanda istifadə olunur. Qırğızıstan parlamentinin deputatları latın qrafikasına keçmək haqqında məsələ qaldırsalar da, Prezident Almazbek Atambayev buna qarşı çıxıb.

Xudaferin.eu
Qazaxıstan, “Astana Bürosu” 

09:35