Elman Mustafazadəyə ağır itki

XAvropada "Azərbaycanın dostları" cəmiyyətinin sədri Elman Mustafazadəyə ağır itki üz verib.

Musavat.com xəbər verir ki, diaspora fəalının böyük qardaşı Telman Mustafazadə vəfat edib.

Birinci Qarabağ müharibəsində iştirak edən T. Mustafazadə uzun illər Qazaxıstanda yaşayırdı, son aylar isə o, doğma kəndi Hindarxına köçmüşdü.

Azərbaycanın xaricdə tanınmasında fəal rolu olan, hazırda Niderland Krallığında fəaliyyət göstərən Elman Mustafazadəyə qardaş itkisinə görə dərin hüznlə başsağlığı verir, mərhuma rəhmət diləyirik.

Allah rəhmət etsin.

Musavat.com

Xudaferin.eu

10:33