NİDA fəalı kassasiya şikayəti verib

 

5,5 il müddətinə azadlıqdan məhrum edilmiş NİDA hərəkatının fəalı Elgiz Qəhrəmanın vəkili Ali Məhkəməyə kassasiya şikayəti verib.

Vəkil Fariz Namazlı bildirib ki, müdafiə tərəfi hökmü əsassız və qanunsuz hesab edir və aşağı instansiya məhkəmələrinin Elgiz Qəhrəmanın işi üzrə qərarlarını ləğv etməyi xahiş edir. Kassasiya şikayətində həmçinin bəraətverici əsaslarla fəal barəsində cinayət təqibinə xitam vermək xahişi yer alır.

Xatırladaq ki, Elgiz Qəhrəman 12 avqust 2016-cı il tarixində böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. 2017-ci il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Mayın 18-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. NİDA hərəkatı Elgiz Qəhrəmanın həbsinin siyasi motivli olduğunu bildirib, əsl səbəb kimi fəalın Facebook-da ötən il referendumda Azərbaycan Konstitusiyasına təklif edilmiş düzəlilərlə bağlı istehzalı nəşrini göstərir.

Amerikaninsesi.org

22:35