Neyt birinci dərəcəli qasırğaya çevrilir

 

Mərkəzi Amerikada 22 nəfərin ölümünə və çoxsaylı insanların yaralanmasına səbəb olmuş Neyt tropik fırtınası, hidrometeoroloqların proqnozuna görə, bu gün qasırğaya çevriləcək. Qasırğa ABŞ sahillərinə, o cümlədən Yeni Orleana, Luiziana ştatına yönələcək.

 

Milli Qasırğa Mərkəzinin məlumatına müvafiq olaraq, ABŞ-ın cənub-şərqindəki dörd ştatın sahilboyu yerlərində, o cümlədən Yeni Orleanda qasırğa barədə rəsmi xəbərdarlıqla bağlı müvafiq işlər görülüb. Yaxınlaşmaqda olan qasırğa barədə xəbərdarlıq Alabama və Missisipi ştatlarının mərkəzi hissəsinə, Corciya ştatının şimalına və Floridanın qərbinə yayılıb.

Luiziana ştatının qubernatoru Con Bel Edvards fövqəladə vəziyyət elan edib, çünki bu ştat qasırğa zərbəsinin mərkəzində yerləşir. Qubernator milli qvardiyanın 1300 əsgərini səfərbərliyə alıb. Onlardan 15 nəfəri drenaj sistemlərini öyrənmək üçün Yeni Orleana yola düşüb.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

12:09