Müslüm Maqomayev “Şah İsmayıl”la yad olunub

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Müslüm Maqomayevin “Şah İsmayıl” operası növbəti dəfə nümayiş olunub.

 

Baba Müslüm Maqomayevin qələmə aldığı opera bu dəfə nəvə Müslümün xatirəsinə ithaf olunub. Xalq artisti, görkəmli müğənni Müslüm Maqomayevin 75 illiyi çərçivəsində təqdim edilən səhnə əsərində rolları əməkdar artistlər Təyyar Bayramov, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Afaq Ağayeva ifa ediblər. Opera əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunub. Həmişə olduğu kimi, bu dəfə də səhnə əsəri maraqla qarşılanıb.
Qeyd edək ki, ünlü sənətçi Müslüm Maqomayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında opera solisti kimi fəaliyyət göstərdiyi illərdə “Şah İsmayıl” operasında baş rolun ən dahi ifaçılarından biri kimi milli opera sənətimizin tarixinə adını altun hərflərlə yazdırmış dahi ifaçılardan biri olmuşdur.
 

Xudaferin.eu

"Bakı Bürosu"

 

09:16