Mövludun mübarək Şəhidim!

Bundan sonra sənin ad günlərin sənsiz keçsə də, həmişə səni sevənlərin xatirələrində, ürəklərində yaşayacaqsan. Azərbaycan var olduqca, sənin kimi igidlərin adı tarixin bəzəyi olacaq.  Bu gün 21 yaşını qeyd edəcəkdi... 
Əliyev Kərim Qeyrətxan oğlu 2000 ci il, Yanvarln 1 də Xızı rayonunun Fındığan kəndində anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra, təcrübəli snayper kimi Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq orduya yazılır.
Atadı Qeyrətxan Əliyev I Qarabağ müharibəsinin iştirakçısı olub.Atasının Qarabağ haqda söhbətləri, xatirələri Kərimdə Vətənə olan  sevgisinin təməli olub. 
Kərim Tərtər, Fizuli,Hadrut,Talışkənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Talışkəndin azadlığından sonra atasına zəng edib və ,,Ata sən ala bilmədiyin kəndi mən aldım,,  deyir. Hər zəfər  sevincini atasıyla bölüşürdü.
Şuşa istiqamətində ağır döyüşlərdə hər an, hər şeyə hazır olmağını deyir və ailəsindən halallıq alır. ,,Şəhid olsam dərd çəkməyin, fəxr eləyin!,, sözləri ilə vidalaşır.
Ailənin tək oğlu, dörd bacının bir qardaşı Şuşa uğrunda şəhid olur.
Allah rəhmət eləsin!

Züleyxa NaEl

Xudaferin.eu

15:40