Moskvada soydaşlarımız möhtəşəm konfrans keçirdilər
Rusiya Federasiyasının başkəndi Moskvada Azərbaycan diaspor təşkilatlarının intellektual səviyyədə baxışları və dini görüşləri müzakirə olundu
Moskvadakı şəhər meriyasının nəzdindəki “Millətlər Evi”ndə yerli hakimiyyətin milli siyasət departamentinin dəstəyi ilə “Ənənəvi dinlərin maraqları və qarşılıqlı vətəndaş münasibətləri çərçivəsində Rusiya Federasiyası və Moskva meqapolisinin harmonikləşmə düzənindəki problemlərin həlli” mövzusunda konfrans keçirilmişdir.
Bu möhtəşəm konfransın əsas təşkilatçısı isə, “Moskva-Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatı” təşkilatı olmuşdur. Konfransın işində “Moskva Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatı Şurası” (sədr Ağadadaş Kərimov), Moskva şəhər Otradnıy rayon məscidinin imamı Hacı Asif, “Şəhriyar” Ədəbi-Maarifçilik Birliyi, Moskva şəhər Baş Məscidinin imamı Şamil Arslanov, “Moskva-Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatı”nın təmsilçiləri kimi Həşim Əliyev və Elşən İbrahimov, Stavropol vilayəti “Azərbaycan İcması”nın rəhbərlərindən biri olan tanınmış diaspor nümayəndəsi Təhmasib Zeynalov,. “Moskva Azərbaycanlı Tələbə Gənclər” təşkilatının nümayəndələri, Moskva Dövlət Universitetində təhsil alan “Azərbaycan Həmyerlilər İcması”nın təmsilçisi Pərviz Ağayev və digərləri yaxından iştirak etmişlər.
Konfransın işində əsasən dini tolerantlıq, dini dözümlülük, dini maarifçilik, dini radikalimzlə bağlı yaranmış problemlər, Azərbaycan diaspor təşkilatlarında dini və mənəvi baxımdan maarifçilik mövzuları müzakirə edilmişdir. Konfrans işçitirakçıları hər hansı bir dinin adı altında müxtəlif cərəyanların, təriqət və məzhəblərin radikallığa yol verməməsi kimi aktual məsələləri gündəmə gətirmişlər. Bununla yanaşı, Rusiya Federasiyasında dini inanc azadlıqları barəsində mövcud olan qanunlar demokratik və layiq dövlət sisteminə uyğun olduğunu dönə-dönə xatırlatmışlar.
Xüsusilə də soydaşlarımız arasında hər hansı bir dini radikalizmə yol verilməməsi, bu istiqamətdə diaspor təşkilatlarının rolundan həbs edilmişdir. Konfrans iştirakçıları xüsusilə vurğuladılar ki, xarici ölkələrə məxsus missionerlərin və dini radikalizmə yol açan baxışlarını nəinki soydaşlarımızın mənsub olduğu Azərbaycanda, həm də Rusiya Federasiyası boyunca yaxına buraxmaq olmaz. Müzakirələr zamanı xüsusilə qeyd olundu ki, din pərdəsi altında siyasi proseslərə müdaxilə etmək ümumiyyətlə inkişaf etmiş ölkələr üçün demokratik proseslərin inkişafı baxımından zərərli yanaşımdır. Rusiya Federasiyasının dövlət təməlində demokratizm və bunun ənənələri hakimdir. Bütün xalqlar və dinlərə dövlət səviyyəsində hüquqlar verilibdir. Ancaq, din və digər baxışlar adı altında bu dövlətə qarşı hər hansı radikalizm meyillərinə qətiyyən yol vermək olmaz.

Xudaferin.eu
RF. “Moskva Bürosu”
14:00
Digər xəbərlər