Mən günəş ürəkli Xəlil Rzayam

 

Qazaxda istıqlal şairi Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyinə həsr edilmiş tədbir keçirilib. Rayon mərkəzi kitabxanasının dəstəyi ilə açıq havada təşkil olunan tədbirdə şair haqqında geniş məlumat verilib.

Kitabxananin şöbə müdiri Firəngiz Abdıyeva xalq şairinin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, ən müxtəlif və ənənəvi mövzulardan yazanda belə azadlıq atəşi, coşqun azadlıq ehtirası Xəlil Rzanın poeziyasının aparıcı motivini təşkil edib. Azərbaycan xalqının haqq səsi, şairin vətəndaşlıq qayəsi yaradıcılığından daim duyulub. Yarım əsrdən çox davam edən Xəlil Rza yaradıcılığı xalqın milli duyğularını, mənəvi bütövlüyünü tərənnüm edib.
Tədbirdə şagirdlərin ifasında şairin şeirləri əsasında hazırlamış “Mən günəş ürəkli Xəlil Rzayam” mövzusunda ədəbi-bədii kompozisiya təqdim edilib və eyniadlı sərgi nümayiş olunub.

Xudaferin.eu
“Qazax Bürosu”

10:01