Milli fəal Həbib Sasanianın durumu ağırlaşıb

 

“Həyat yoldaşım mədə qanaxması və böyrək ağrısından əziyyət çəkir.”

 

Güney Azərbaycanın başkəndi Təbriz həbsxanasında aclıq aksiyası keçirən Güney Azərbaycan Milli Hərəkatının fəalı Həbib Sasanianın həyat yoldaşı Fərəhnaz Fəkur onun mədə qanaxması, böyrək ağrısı, qıcolma və bayğınlıq kimi sağlıq problemləri yaşadığını bildirir. Fərəhnaz Fəkurun sözlərinə görə, həyat yoldaşı aclıq aksiyası başladaraq bir ildən artıqdır mühakimə olunmadan qanunsuz şəkildə həbsdə saxlanılmasına etiraz edir.
Həbib Sasanian və 2016-cı ilin may ayında onunla bərabər nəzarət altına alınan İsmayıl Əfxəmi, Həmid Səqəfi, Mehdi Cavadzadə, Yunus Rəhimi və Babək Avənd qondarma suçlama nədəni olaraq casusluq ittihami ilə üzləşiblər. 
Fərəhnaz Fəkur: “Həyat yoldaşım bir ildən çoxdur ki qeyri-müəyyən bir vəziyyətdə qalıb və buna görə aclıq edir... İndi də sağlıq vəziyyəti çox pisdir. Böyrəkləri ağrıyır. Mədə qanaxması var. Digər beş fəal nəzarət altına alındıqdan bir müddət sonra müvəqqəti şəkildə sərbəst buraxılıblar. Lakin Həbib Sasaniyan mühakimə edilmədən uzun müddət nəzarətdə saxlanılıb”.

Fərəhnaz Fəkur deyir: “Həyat yoldaşım bir ildən çoxdur ki qeyri-müəyyən bir vəziyyətdə qalıb və buna görə aclıq edir... İndi də sağlıq vəziyyəti çox pisdir. Böyrəkləri ağrıyır. Mədə qanaxması var.”

O, həmçinin qıcolma, yüksək qan təzyiqi və bayğınlıq hallarının da baş verdiyini bildirir.

“Aclıq aksiyasından bir neçə ay əvvəl xəstəxanaya yatırılmışdı. Vəziyyəti yaxşı deyildi. Təzyiqi yuxarı idi və gündə bihuş olurdu. İndi də ki aclıq aksiyasındadır və vəziyyəti heç yaxşı deyil,” xanım Fəkur əlavə edir.

Həbib Sasanian daha öncə də aclıq aksiyası keçirib, amma məsulların onu zəmanət qarşılığında sərbəst buraxacaları vədi ilə aksiyaya son verib. Fərəhnaz Fəkurun dediklərinə görə, “üç ay əvvəl də aclıq aksiyası başlatmışdı. Mən məhkəməyə getdim və danışdım ki, siz zəmanətlə buraxın ki özünü müalicə etsin. Qəbul etdilər və mən də xahiş etdim ki aclığı dayandırsın. Sonra bir milyard tümən (təqribən 300 min dollar) zəmanət tələb etdilər ki təmin edə bilmədik. Yenə orada qaldı. İndi ki vəziyyət belə olub aclığı dayandırmağı qəbul etmir. Məndən də xahiş edib ki ondan bunu istəməyim.”

Ettelaatın əlindədir. Ettelaatdan məhkəməyə əmr gəlir ki bu iş tamamlanmasın. Elə belə davam etsin... Nə hökm verirlər nə də sərbəst buraxırlar.
Onun dediklərinə görə, “məhkəmə Həbib Sasaniyanın tələbini qəbul etmir, çünki onun dosyesi məhkəmənin əlində deyil. Ettelaatın əlindədir. Ettelaatdan məhkəməyə əmr gəlir ki bu iş tamamlanmasın. Elə belə davam etsin... Nə hökm verirlər nə də sərbəst buraxırlar. Vəziyyəti qeyri-müəyyəndir.”

İyun ayında milli fəallar Həbib Sasaniana dəstək üçün ‘twitter fırtınası’ kampaniyası təşkil etmişdilər. 16 iyunun gecə saatlarında həyata keçirilən onlayn kampaniyada İran Azərbaycanından əlavə, Türkiyə və Azərbaycan Respublikası istifadəçiləri, eləcə də digər qeyri-fars cəmiyyətlərə mənsub istifadəçilər #SaveSasanian hashtag-i ilə siyasi məhbusa dəstək ifadə etmişdilər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

12:47