Milli fəal Aydın Zakiri mollakrat rejimin məhkəməsini tərk edib

Yanvarın 3-də Güney Azərbaycan Milli Hərəkatının fəalı Aydın Zakiri Xiyav şəhərindəki (Meşkinşəhr) mollakratiya və fars rejimi məhkəməsinin çağırışına əsasən məhkəməyə müraciət edib. Amma məhkəməyə etiraz olaraq məhkəməni tərk edib. Milli fəalla qarşı irəli sürülən iddia isə olduqca gülünc bir xarakter daşıyır.

Belə ki, məhkəmənin iddiasında yer alan mövzu onun öz toy mərasimində Azərbaycan milli geyim geyinməsi və digər Türk milliyətçi düşüncə sahibləri ilə birlildə bu mərasimdə iştirak etməsi olub.  Güney Azərbaycanın Xiyav şəhərindən redaksiyamıza verilən açıqlamaya görə, rejimin məhkəməsində hakim tərəfindən Aydın Zakiriyə qarşı Ana Yasa qonunlarının pozmaqla atdığı addımlar heyrət doğurub. Belə ki, məhkəmənin hakimi, Aydın Zakiridən özünü müdafiə məqsədi ilə edəcəyi çıxışın mətnin fars dilində yazması tələb olunub. Aydın Zakiri isə hakimin belə bir tələbi irəli sürməsinə etiraz əlaməti olaraq, məhkəmə zalını tərk edib.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

11:06