“Microsoft” danışığın tanınması dəqiqliyi üzrə yeni rekorda imza atıb

 

“Microsoft” şirkəti danışığın tanınması sisteminin işindəki səhvləri 5,1 faizədək azaldıb. Bu, yeni rekorddur, əvvəlki göstərici 5,9 faizə bərabər idi.

Ötən illə müqayisədə danışığın tanınması sisteminin işində dəqiqlik 12 faiz yaxşılaşıb. Bu, akustik və dil modellərinə əsaslanan neyron şəbəkələrində dəyişikliklər nəticəsində mümkün olub. İndi sistem növbəti söz və ifadəni öncədən söyləmək üçün bütün söhbətin məzmunundan istifadə edir.

"Yeni texnologiya danışığı peşəkar transkribatorlar (audi və videomaterialların mətnə tərcümə edən şəxslər) kimi tanıyır", – deyə şirkətin bloqunda bildirilir. “Microsoft Artificial Intelligence” bölməsinin mütəxəssisləri yoxlamalar üçün “Switchboard” yazılarından istifadə ediblər. Bu, naməlum insanlar arasında müxtəlif mövzular üzrə 2400 telefon danışığından ibarət kolleksiyadır. “Microsoft”un danışığın tanınması sistemi “Cortana”, “Presentation Translator” və “Cognitive Services” kimi servislərin işində tətbiq olunur.

Xudaferin.eu
“Avropa Bürosu”

 

15:10