Mehman Kərimovun "Müdrikliyə, ədalətə, uğura 40 çağırış" kitabı haqqında

Vətəndən kitab payı ayrı aləmdir. İllah da bunu müəllif özü hədiyyə etdikdə. Dəyərli yazarımız Vahid Qazidən sonra tədqiqatçı sosioloq Mehman Kərimov də mənə müəllifi olduğu "Müdrikliyə, ədalətə, uğura 40 çağırış" kitabını bağışlayıb.
Müəllif əsərini "didaktik müntəxabat" adlandırır. Kitabı dəyərlər toplusu da adlandırmaq olar. "40 çağırış" sadəcə bir cümləlik tezislərdən ibarət çağırışlar deyildir. Burada söhbət bəşəriyyətin söz sənətində yeri olan 40 dahi sənətkarın özlərinin ən azı 40 əsərilə dünyaya bəyan etmək istədikləri dəyərlərdən söhbət gedir və bu ideyalar qısa, lokonik və aydın dildə oxucuya çatdırılır. Bu mənada Mehman bəyin kitabı zamanı öz içindən yeyib dağıdan informasiya kütləsininə qarşı uğurlu resept hesab etmək olar.
Bu kitab vaxta qənaətdir. O, dahilərin demək istədidiklərinə aydın şəkildə işıq gətirir, onları düzgün anlamağa kömək edir və xüsusən məlumatsız oxucu üçün əvəzsiz xəzinə rolunu oynayır. Dünya söz sənətinə belə baxış zəmanəmizin tələbləri baxımından uğurludur və hesab edirəm ki, bu ənənə davam edəcəkdir.
"Müdrikliyə, ədalətə, uğura 40 çağırış" kitabını oxumağı, paylaşmağı dostlara öz intelektuallarını artırmaq baxımından məsləhət görürəm. Müəllif Mehman bəy Kərimova da növbəti nəşrlərində kitabın daha da təkmilləşdirilməsi də daxil olmaqla yeni yaradıcılıq uğurları arzulayıram.

Xudaferin.eu
16:07