Dostlar seçim qarşısındadır: avtoritar rejimə qarşı gizli fəaliyyət olsun, yoxsa olmasın.
Hər bir mövzü müzakirə oluna bilər, o cümlədən fəaliyyətin gizli və açıqlığı, onun leqal və qeyri-leqal olması da. Təbii ki, normal qaydalar çərçivəsində. Təəssüf ki, bu müzakirələrdə çox vaxt isteza, bir-birini bəyənməmək, bir-birini hətta aşağılamağa cəhd hallarına da təsadüf edilir. Müzakirə o qədər qızışıb ki, mövzüya hətta xüsusi buraxılışların həsr edilməsi reklamları yayılıb.
Sevindiricidir ki, tərəflər bir məsələdə vahid mövqe sərgiləyirlər. Onlar artıq 25 ildir ki, həyatımızı zəhərə döndərən avtoritar rejimdən qurtulmaq istəyir. Yəni onların hamısının diktaturadan tezliklə qurtulmaq kimi bir ümumi məqsədi vardır. Qarşımızdakı diktaturanın isə analoqu yoxdur. İlham Əliyevin Napalon, Hitler, Stalin kimi klassik diktatorlarla müqayisəsi çoxlarına gülməli görünür. Onun Səddam, Mübarək, Qəddafi kimi müasir diktatorlardan da pozitiv mənada fərqləndirən xeyli xüsusiyyətləri var. Mütləq əksəriyyəti narazı olan xalq isə hələ ki, diktatorunun qarşısında aciz görünür...
Məşhur İtaliya diplomatı Nikolo Makiavelli təliminin əsas müddalarından birində deyilir: Məqsəd vasitəyə haqq qazandırır. Niderland dilində “Het doel heiligt de middelen” kimi olan bu tezisin Azərbaycan dilində variantı zənnimcə bir az yumşaqdır. O, əslində belə olmalıdır: "Məqsəd vasitəni müqəddəsləşdirir".
İlham Əliyevin məqsədi Azərbaycan xalqını bacardıqca öz hökmranlığı altında saxlamaqdır. Bu bir aksiomadır ki, o, öz xoşu ilə heç bir vaxt hakimiyyətdən getməyəcək. Müasir Azərbaycanda mövcüd olar rejim şəraitində onun hakimiyyətdən getməsinin mexanizmi mövcüd deyil. Bu məqsədini həyata keçirtmək üçün o, ehtiyac duyduğu an, hər döngədə Konstitusiyanı dəyişdirmək də daxil olmaqla, bütün vasitələrdən istifadə edir: xalqın iradəsini zorlayır, arzuolunmaz adamları həbs edir, onları ölkədən qovur, xalqın əmlakını istədiyi kimi yağmalayır və s. və i.a.
Bir sözlə məqsədi üçün İlham Əliyevin vasitə axtarışı sərhəd tanımır. Tək arzuolunmaz şəxslərə qarşı irəli sürülən "əsrarəngsiz" ittihamlar (məs, cəmiyyətin ən əxlaqlı adam kimi tanıdığı bir şəxsi həbs etmək üçün ona "küçədə telefonla bərkdən kiməsə söyüş söyməsi" ittihamın irəli sürülməsi) onun bu məsələdə nə dərəcədə "kreativ" olmasının göstəricisidir. İlham Əliyev üçün fərq etməz, o, xalqın tərəfində duranı gizli, və ya açıq təqib edir, belələrilə leqal metodlarla, yoxsa, qeyri-leqal metodlarla mübarizə aparır.
Əslində bu rejimin bünövrəsi qeyri-leqal və gizli vasitələrlə yoğrulub. Bu mövzuda məsələn, aşağıdakı suallar situasiyanın dərkinə kömək etmiş olar:
- Heydər Əliyevin Naxçıvanda bu torpağın Ali Məclisin sədri kimi Ermənistanın rəhbəri Levon Terpetrosyanla müzakirə edib bağladığı atəşkəs müqaviləsinin mətnini harda və necə tapmaq olar?
- Heydər və İlahm Əliyevlərin Azərbaycan xalqına məxsus təbii sərvətlərin: neftin qazın, qızılın və s. istismar edilərək xarici dövlət və şirkətlərə satılması haqqında müqavilə mətnləri indiyə kimi kimlərəsə rast gəlibmi?
- Ölkədə müxtəlif vaxtlarda fəaliyyət göstərən MTN, DTK və digər bu kimi qurumların fəaliyyətinin leqallıqla yaxından -uzaqdan əlaqəsi varmı?
- "Dövlət sirri" anlayışının məzmun etibarıla "birinci ailənin sirrləri" formasını almasını inkar etmək mümkünmü?
Əslində dövlətin və hüququn sıradan çıxardılan bir məmləkətdə leqallıqla qeyri-leqallığın arasında məsafəni və fərqi tapmaq heç mümkün də deyildir. Hakimiyyətin ömrünü uzatmaq üçün lazım olan hər bir vasitə onun üçün məqbuldur. bu zaman onun gizli və açıq, formal və qeyri-formal, leqal və qeyri-leqal olması fərq etməz.
Avtoritar rejimlə xalq arasında mövcüd olan belə bir qeyri-bərabər döyüşdə fəaliyyətin açıq və gizli olması barədə düşünmək, bu məsələdə ilişib qalmaq, onu günlərlə müzakirə etmək sadəlöflükdən başqa bir şey deyil.
Əslində mənim bu müzakirədə kiməsə tərəf olmaq fikrim yoxdur. Bizlər yazıq gündəyik. Özümüzə yazığımız gəlsin. Əgər hərəkət və fəaliyyətimizi kordinasiya etmək mümkün deyilsə, qoy kim necə bacarırsa, o cür də mübarizə aparsın. Yetər ki, bir-birimizə badalaq gəlməyək...
Özümüzə yazığımız gəlsin...

Xudaferin.eu
12:05