Laosda SES-in bəndi dağıldı: 40 ölü

Laosun cənubunda Attapı vilayətində su elektrik stansiyasının bəndinin dağılması nəticəsində baş verən daşqınlar zamanı 40 nəfər həlak olub, 200 nəfər itkin düşüb. 

Xudaferin.eu “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı ölkədə zərərçəkmişlərə yardım toplamaqla məşğul olan Laos könüllülər qrupunun “Facebook” hesabında məlumat yerləşdirilib. 

Hadisə vilayətin Sanamsay rayonunda baş verib. Daşqınlar nəticəsində rayonun 42 kəndindən altısı su altında qalıb. 

Ölənlərlə bağlı hələlik rəsmi məlumat verilməyib. Hadisədən sonra 6,6 min insan evsiz qalıb. 

Dünən Laosun baş naziri Txonqlun Sosulit hökumətin aylıq iclasını təxirə salıb və nazirlərlə birlikdə hadisənin baş verdiyi bölgəyə gedib.

Xudaferin.eu

12:34