Küveytdə azərbaycanlı diaspor fəalı iftar süfrəsi verib

May ayının 24 də Küveytdə yaşayan diaspor üzvlərimizdən biri Sura Məmmədlinin həyat yoldaşı Ticarət Nazirliyinin əməliyyat müfəttişi Küveyt vətəndaşı Fəhəd Əl Feleçavi öz iş yerində iftar süfrəsi verib.

Bu barədə xudaferin.-eu-ya Küveyt Azərbaycan, Küveyt Mədəniyyət və Dostluq Vətənsevər Diaspor Təşkilatından məlumat verilib.

Bildirilib ki, hər il olduğu kimi Azərbaycan yeməkləri və təamlarını nümaiş etdirmək məqsədi ilə Fəhəd Əl Feleçavi iftar süfrəsinə küveytli öz iş yoldaşlarını dəvət edib. İftar süfrəsində Azərbaycan Küveyt bayrağı da qoyulmuş dəvətdə iştirak edənlərə Azərbaycan haqqında məlumat verilib.

 

xudaferin.eu

21:12