Kərkükdə neft sektoruna nəzarət üçün xüsusi komitə yaradılıb

 

Buna görə də Kərkükdə neft sektoruna nəzarət üçün xüsusi komitə yaradılıb.

Bu barədə İraqın Neft Nazirliyinin sözçüsü Asım Cihad deyib. O bildirib ki, Kərkükdə neft istehsalı sektorundakı vəziyyətin qiymətləndirilməsi və inkişafı ilə bağlı xüsusi komitə yaradılıb. Nazirliyin bəyanatında isə qeyd edilir ki, İraqın neft naziri Cabbar Əli əl-Layibi Kərkükdə neft istehsalı üzrə fəaliyyətin monitorinqi və qiymətləndirilməsi, o cümlədən də bölgənin neft sənayesinin inkişafı məqsədilə mümkün olan ən qısa müddətdə təklif və təşəbbüslər hazırlamaq üçün “Şimal Neft Şirkəti”nin (NOC) balansında yaradılmış komitənin işinə birbaşa nəzarət edir.
Qeyd edək ki, dünyanın ən iri neft yataqlarının gücünə görə, İraq ilk sırada yer tutur. İraq neftinin 40 faizi isə Türkman şəhəri olan Kərkükə məxsusdur. Son illərdə bu şəhərdə gah İŞID, gah da PKK terror birləşmələri bir sıra terror eyləmlərini gündəmə gətirərək çox böyük problemlərə səbəb olmuşdular. Son günlər İraq ordusunun əldə etdiyi qələbələr sayəsində Kərkük şəhəri tamamilə İŞID və PKK tiöli terror birləşmələrindən tamamilə azad edilmişdir.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

09:46