KİV: Las-Veqas atıcısı multimilyonçu olub

 

Oktyabrın 2-nə keçən gecə Las-Veqasda 59 nəfəri qətlə yetirən və 500 nəfərdən çox insanı yaralayan 64 yaşlı Stiven Peddok multimilyonçu olub.

“The Washington Post” qəzeti  bildirir ki, qatilin qardaşı Erik onun daşınmaz əmlak sahəsində xeyli vəsait qazandığını bildirib. O, Stivenin hər hansı maliyyə çətinliyi və ya psixi pozğunluğunun olması, alkoqollu içkilər və ya narkotik vasitələr qəbul etdiyi barədə məlumatsız olduğunu deyib. Siyasətlə və dinlə heç bir əlaqəsi olmayan Las-Veqas atıcısı, həmçinin vikdeopoer qumar oyununun aludəçisi olub.

Xatırladaq ki, Stiven Peddok ABŞ-ın Las-Veqas şəhərinin mərkəzində açıq havada keçirilən musiqi festivalına toplaşan insanları “Mandalay Bay Hotel” otel-kazino kompleksinin 32-ci mərtəbəsindən atəşə tutub. Sonradan polis işçiləri onun olduğu otağa yaxınlaşan zaman özünü öldürüb.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

11:22