Kirmanşahda ünlü güləşçi edam edildi

 

İran mollakratiya rejimi naməlum ittihamlara görə 10 il həbsdə saxlanılan və sonradan zindanda digər bir məhbusu zorlamaqda günahlandırılaraq ölümə məhkum edilən məşhur güləşçi Höccətullah Tədru edam edilib.

Güney Azərbaycan insan haqları müdafiəçilərinin yaydığı məlumata əsasən, bir neçə dəfə ölkə çempionatı yarışlarında 1-ci yeri tutan tanınmış güləşçi, əslən Güney Azərbaycan GTürkü olan  Höccətullah Tədru Kirmanşah şəhərinin zindanında dar ağacından asılıb.

Höccətulla Tədrunun ailəsinə yaxın mənbələrdən biri isə güləşçiyə qarşı irəli sürülmüş zorlama ittihamını rədd edərək, onun kimlərinsə qurğusunun qurbanı olduğunu bildirib.

Son vaxtlar İran mollakratiya rejiminin kəraməti sayəsində ölkədə edamların sayının kəskin artması yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran mollakratiya rejimi ölkədə vətəndaşlara qarşı çıxarılan ölüm hökmlərinin sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.
Qeyd edək ki, rejimi sərt şəkildə tənqid etmək ən böyük suçdur və buna görə istəniıən vətəndaşı saxta hökmlərlə edam etmək isə adi hallardan birinə çevrilib.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:41