Kerri Türkiyədən üzr dilədi

ABŞ Dövlət Katibi Con Kerri və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Türkiyədən üzr istəyib. Bu addım Türkiyənin İŞİD terror təşkilatından neft alması iddiaları ilə bağlıdır. 2014-cü ildə Con Kerri verdiyi açıqlamalarda Türkiyəni İŞİD-dən Suriya ərazisindən çıxarılan nefti almaqda ittiham etmişdi. Bunun əvəzində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ittihamları təsdiq edən sənədlərin göstərilməsini tələb etmişdi. ABŞ tərəfinin təqdim etdiyi sənədlər isə tikinti yüklərini daşıyan maşınların fotogörüntüləri olub.

Qeyd edək ki, Suriyada uzun müddətdir İŞID-la bağlı problemlər hələ də davam edir. Bu terror təşkilatının xarici ölkələr tərəfindən idarə olunması artıq kimsəyə sirr deyil. Radikal islam siyasəti yürüdən terror təşkilatı Suriyanın əksər bölgələrində şəriət dövləti qurmaq adı ilə 2011-ci ildən üzü bu yana, ölkədə onminlərlə dinc əhalini terror edib, şəhərlərdə, kəndlərdə və digər yaşayış məntəqələrində din pərdəsi altında soyqırımlar tprədib. Bununla yanaşı, İŞID-ın hansı ölkə tərəfindən hazırlandığı və idarə olunduğu bəlli deyil. Görünən odur ki, onlar layiq dövlət siyasətinə qarşı kim olursa-olsun terror təhdidi siyasətini aparır. 

Xudaferin.eu

08:18