Kazinform Beynəlxalq İnformasiya Agentliyi 97 illik yubileyini qeyd etdi

 

 

Kazinform Uluslararası İnformasiya Agentliyinin (BİA) 97 illik yubileyi münasibətilə Astanada təntənəli qəbul təşkil edilib. Tədbirin əvvəlində Kazinform BİA-nın baş direktoru Askar Umarov bu münasibətlə agentliyin kollektivinin sevincinə şərik olmaq üçün gəlmiş qonaqları salamlayıb.

Təntənəli tədbirdə Qazaxıstan Respublikasının informasiya və kommunikasiya naziri Dauren Abayev də iştirak edib. Nazir Kazinform BİA-nın kollektivini təbrik edib və agentliyin əməkdaşlarına təltiflər təqdim edib. Dauren Abayev 17 il ərzində bu informasiya agentliyinin baş redaktorunun müavini vəzifəsində işləmiş Jarılkap Beysenbayulının Kazinform BİA-nın işinə töhfəsini xüsusi qeyd edib. Nazir veteranların və fəaliyyətdə olan əməkdaşların əməyini fəxri fərmanlarla və qızıl döş nişanları ilə qeyd edib.
Kazinform BİA-nın baş direktoru Askar Umarov əməkdaşların işini gümüş nişanlarla qeyd edib. Təltifetmə mərasiminin sonunda Kazinform BİA-nın baş direktoru Askar Umarov Qazaxıstan Respublikasının informasiya və kommunikasiya naziri Dauren Abayevə “Altın bitikşi” (Qızıl haşiyə) nişanını təqdim edib. Təltifetmə mərasimindən sonra tədbirin qonaqları Kazinform BİA-nın qazandığı uğurlar və qarşıdakı planlar barədə təqdimatla tanış olublar.

Xudaferin.eu
Qazaxıstan, “Astana Bürosu”

12:35